Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sputnik-V” ilə “Pfizer”in nə fərqi var? - Həkim müqayisə edib

“Sputnik-V” ilə “Pfizer”in nə fərqi var? - Həkim müqayisə edib

Tarix: 27 Dekabr 2020 13:00

Həkim və teleaparıcı Aleksandr Myasnikov Rusiyanın "Sputnik-V" və Amerikanın "Pfizer" şirkətinin koronavirus əleyhinə peyvəndlərini müqayisə edib.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, Rusiyanın preparatını "yoxlanılmamış" adlandıran həmkarlarını tənqid edib.  

"Mən onların (ABŞ-ın - red.) peyvəndinin "pis olması" barədə müzakirələrə qoşulmaq istəmirəm. Onlar kimi olmaq lazım deyil. Ancaq onlara güzgüyə baxmalarını məsləhət görmək lazımdır", - Myasnikov Telegram kanalında yazıb.

Həkim qeyd edib ki, Pfizer çıx qısa müddətdə, tamamilə yeni bazada yaradılıb. "Sputnik-V" isə 2002-ci ilin bazası əsasında yaradılıb və bunun sələfləri insanlar üzərində kliniki sınaqlardan keçirilib.

Myasnikov ABŞ-ı "vaksin müharibəsi"ni dayandırmağa, diqqəti daha çox insanın canını almağa başlamış virusla mübarizəyə yönəltməyə çağırıb.


Etiketlər:  Sputnik ilə Pfizerin fərqi Həkim müqayisə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ