Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 15:52
Bakıda son günlər yağan aramsız yağış nəticəsində torpaq sürüşməsi olub, daş hasar uçaraq böyük tələfata gətirib çıxarıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, dekabrın 26-da Suraxanı rayonu, Zığ qəsəbəsində yağış suları nəticəsində sürüşmə baş verib və təxminən 15 metr uzunluğunda daş hasar aşaraq küçəyə dağılıb.
Bu zaman hasar küçə ilə öz qoyunlarını aparan qəsəbə sakini Məmmədov Ramiz Sayyab oğlunun üzərinə doğru aşıb. R.Məmmədov dağıntılar altında qalmaqdan xilas olsa da, onun 15 qoyunu aşan hasarın altında qalaraq tələf olub.