Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 01:27
Bakı. Trend:
ABŞ hüquq-mühafizə orqanları bir gün əvvəl Rokford şəhərində nəticəsində üç nəfərin öldüyü və üç nəfərin yaralandığı atışmanın ABŞ hərbçisi Dyuk Vebb tərəfindən törədildiyini hesab edirlər. Ona qarşı ittiham irəli sürülüb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin polis rəisi Daniel Oşea yerli telekanallar tərəfindən yayımlanan mətbuat konfransında bildirib.
Atışma yerli barlardan birində olub. Üç kişi öldürülüb. 14 yaşlı yeniyetmə, 16 yaşlı qız və 62 yaşlı kişi isə yaralanıblar.
Oşeanın sözlərinə görə, şübhəli qismində tutulan 37 yaşlı Vebb Florida sakini və ABŞ Ordusunun hərbçisidir.
Hadisənin səbəbləri barədə hələ məlumat verilməyib.