Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 22:04
Rusiya Müdafiə Nazirliyi ilk dəfə "Orion" dronunun yeni versiyasını rəsmi şəkildə nümayiş etdirib.
Sonxeber.net xəbər verir ki, dron 2021-ci il təqvimində yer alıb.
"Orion" mexanizmi uzun uçuş müddəti olan orta hündürlüklü nəqliyyat vasitələri sinfinə aiddir. Aparat 24 saat havada qala və 8 km hündürlükdən uça bilir. 1100 kq çəkiyə sahib PUA 250 kq sursat daşımaq potensialına malikdir.
Layihə 2011-ci ildə Müdafiə Nazirliyinin əmri ilə başlanıb. Onun ilk prototipi 2015-ci ildə hazırlanıb və sınaqlara başlanıb. MAKS-2017 hava şousunda ixrac versiyası təqdim edilib.
Müdafiə Nazirliyi ilə "Kronstadt" şirkəti arasında "Orion" pilotsuz təyyarələrinin tədarükü üçün ilk sazişin imzalanması "Ordu-2020" forumunda məlum olub. Pilotsuz kompleksin ilk dəsti 2020-ci ilin aprelində eksperimental hərbi əməliyyata verilib.
Qeyd edək ki, Qarabağdakı hərbi əməliyyatlarda pilotsuz uçuş aparatlarının göstərdiyi qabiliyyət bütün dünyanın diqqətini həm əməliyyatlara, həm də PUA-ların gələcəyinə cəlb edib. (publika.az)