Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 10:34
Çinin Hunan əyalətində Çanşa şəhərində 760 metrlik köhnə körpünün partlayışı həyata keçirilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, istismar müddəti bitmiş körpü dəfələrlə təmir olunub. Buna baxmayaraq, artıq təhlükəli vəziyyətdə olub. Bununla əlaqədar olaraq, körpünün partladılması qərarı verilib.
Bir müddət öncə tikilinin yaxınlığında nəqliyyat vasitələrinin hərəkəti üçün açılan yeni körpü salınmışdı.
Partlayış turistlər və yerli sakinlər tərəfindən maraqla izlənib.
Partlayış texnikləri körpünün 10 saniyədə məhvinin öhdəsindən uğurla gəliblər.