Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 10:39
Qarabağdan ayrılmaqdan imtina edən və Azərbaycan əsgərlərinə hücum edən erməni silahlıları müharibədəki məğlubiyyətlərinin qisasını almağa və barışığı pozmağa çalışırlar.
Sonxeber.net xəbər verir ki, bu barədə politoloq Sergey Markov İnfo24-ə danışıb.
Onun sözlərinə görə, müharibəni davam etdirmək istəyən ən radikal qüvvələrin nümayəndələri Qarabağ meşələrində qalıblar.
"Onlar atəşkəs rejimini pozmağa və Ermənistan-Azərbaycan qoşunları arasında yeni bir toqquşma yaratmağa çalışırlar. Ermənistanın bu müharibədəki məğlubiyyətinin intiqamını almaq istəyirlər. Bundan əlavə, bu qüvvələr, o cümlədən rus sülhməramlıları üçün təhlükə yaradır. Düşünürəm ki, onlar müəyyən dərəcədə yerli əhali ilə, lakin hər şeydən əvvəl zəngin terror fəaliyyəti təcrübəsi olan "Daşnaksütyun" partiyasından olan ultramillətçilərlə əlaqəlidirlər. Bu cür birləşmələrin qarşısını almaq çox vacib bir vəzifədir. Düşünürəm ki, Azərbaycan, Ermənistan və rus sülhməramlıların olduğu üçtərəfli hərbi əməliyyatın aparılması lazımdır", - Markov deyib.
Bu cür hücumlar İrəvan, Bakı və Moskvadan qəti addımlar tələb edir. Politoloq hesab edir ki, Ermənistanın silahlılara sahib çıxmaması müsbət məqamdır. Bəlkə də İrəvan məsələni təkbaşına həll etməyə çalışacaq.
"Antiterror əməliyyatı lazımdır. Bunu ya erməni qoşunları özləri həyata keçirməlidir, ya da üçtərəfli formatda olacaq. Bu olmazsa, Azərbaycan birtərəfli formatda hərbi əməliyyat keçirəcək.
Bu cür hücumlar davam edərsə, gec-tez onları yatırmağın zəruriliyi ortaya çıxacaq. Bəlkə də erməni tərəfi, Rusiya sülhməramlılarının istəyi ilə bu məsələni özü həll etməyə çalışacaq", - deyə ekspert əlavə edib.
Aslan Məmmədov