Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 900 tələbənin ödənişi ali təhsil müəssisələrinə ödənilib - Nazirlik

15 900 tələbənin ödənişi ali təhsil müəssisələrinə ödənilib - Nazirlik

Tarix: 29 Dekabr 2020 12:52

Həssas əhali qrupuna aid edilən 15 900 tələbənin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib. 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.


Etiketlər:  tələbənin ödənişi təhsil müəssisələrinə ödənilib Nazirlik


RƏYLƏR