Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milliyyətcə tatar olan qazi: ''Döyüş yoldaşımı silkələyəndə gördüm ki, biləyim yoxdur'' - VİDEO

Milliyyətcə tatar olan qazi: ''Döyüş yoldaşımı silkələyəndə gördüm ki, biləyim yoxdur'' - VİDEO

Tarix: 30 Dekabr 2020 14:31

Vətən müharibəsinin hər bir qəhrəmanı yadigardır bizə. Yaddaşdır müstəqil Azərbaycanın şərəf tarixinə. Şuşa deyəndə günlərlə gedilən piyada yol. Dırmanaraq fəth etdikləri dağlardır xatirinə gələnlər. Unudub itirdiyi gözünü və bir qolunu. Qarabağ qalibiyyəti sarıb yaralarını. Hamısı vətən üçün. Vətənə qurban. Qisməti yaşamaq və şanlı müharibə zəfərini yaşatmaqdır. Xüsusi təyinatlı Rasim Yaxin.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ''Döyüş yoldaşımı silkələyəndə gördüm ki, biləyim yoxdur''. 44 günlük vətən müharibəsinin qəhrəmanı Şuşa uğurunda gedən döyüşləri belə xatırlayır. Rasim Yaxin Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin giziridir. O, sentyabrn 27-də vətən müharibəsi başldığı gün döyüşlərə başlayıb.

Rasim Yaxin döyüşçü yoldaşları ilə Şuşa istiqamətində bir neçə yüksəkliyin düşməndən azad olunması istiqamətində uğurlu döyüş əməliyyatında iştrak edib. Gizirmiz 3 gün piyada yol gedərək, dağa dırmaşaraq Şuşaya düşmənin gözləmədiyi ərazidən hücuma keçdiklərini deyir.

Şuşa uğrunda gedən döyüşlərdə Rasim də ağır yaralanıb. O, özünə gəldikdən sonra döyüşçü yoldaşını silkələyib ayıltmaq istəyəndə sol biləyinin olmadığını görüb. Tibbi birqada ona yardım edərək hospital yerləşdiriblər.

Gizir Rasim Yaxin deyir ki, erməni orudusuna məxsus postlara gizli yollarla girən kimi 7-8 metrlik məsafədən düşməni məhv edirmiş. Vətənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən qazi ailəlidir, iki qız övladı var. Qeyd edək ki, Rasim Yaxin prezidentin sərəncamı ilə ''döyüşdə fərlənməyə'' görə medalı ilə də təltif olunub.


Etiketlər:  Milliyyətcə tatar olan qazi Döyüş yoldaşımı silkələyəndə gördüm biləyim yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ