Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 09:28
Bakı. Trend:
Çin hakimiyyəti ölkənin Dövlət Biotexnologiya Qrupu (CNBG) tərəfindən istehsal olunan yeni növ koronavirusa qarşı peyvəndin bazara mütəmadi olaraq gətirilməsi üçün şərti icazə verdi.
Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Əczaçılıq Məhsullarının Nəzarəti üzrə Dövlət İdarəsi rəhbərinin müavini Çen Şifey bildirib.
Məlumata əsasən, Qrup əczaçılıq şirkəti "Sinopharm" tərəfindən idarə olunur.
Ç.Şifey bildirib: "CNBG-nin hazırladığı peyvəndin qeydiyyatı üçün müraciəti dünən axşam qanuni qaydalara uyğun olaraq təsdiqləndi. Beləliklə, bu dərman şərti təsdiq alıb və bazara şatışa çıxarılacaq".
Onun sözlərinə görə, "Sinopharm" peyvəndi təsirli və təhlükəsiz olduğunu sübut edib.