Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 00:08
Bakı. Trend:
“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubov üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.
Qeyd edək ki, şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub etmişdi.
Xatırladaq ki, T.Rəcəbov dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə etmişdi.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.