Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da koronavirusa yoluxma sayı 20 milyonu keçdi

ABŞ-da koronavirusa yoluxma sayı 20 milyonu keçdi

Tarix: 2 Yanvar 2021 01:08

Bakı. Trend:

Mütəxəssislər ABŞ-da yeni koronavirusa 20 007 149 yoluxma faktı qeydə aldı, ölənlərin sayı 346 043-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən hesablamalar aparan Con Hopkins Universtiteti bildirib.

Məlumata əsasən, ən çox yoluxma halları Kaliforniya (2,30 milyon), Texas (1,77 milyon), Florida (1,32 milyon), Nyu York (979 min) və İllinoys (963 min) ştatlarında qeydə alınıb. ABŞ qeydə alınan yoluxma və ölüm hallarına görə dünyada birinci yerdədir.


Etiketlər:  ABŞ koronavirusa yoluxma sayı milyonu keçdi


RƏYLƏR