Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 10:18
Bakı. Ləman Zeynalova - Trend:
Yaxın illərdə qaz ölkələrin enerji balansında aparıcı rol oynayacaq.
Trend-in məlumatına görə, bunu TAP konsorsiumunun direktoru Luka Skyeppati deyib.
O bildirib ki, qaz ölkələrin enerji istehlakında və istehsal strukturunda vacib resursdur.
L.Skyeppati əlavə edib ki, nəqliyyat vasitələri iqtisadiyyatın dekarbonizasiyasında vacib rol oynayır:
“Təbii qazla işləyən minik və yük avtomobilləri, gəmilər havanın çirklənməsinin əsas səbəbi olan xırda tozların aradan qaldırılmasına öz töhfəsini verir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin