Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bahar'' yatağında qaz hasilatı azalıb

''Bahar'' yatağında qaz hasilatı azalıb

Tarix: 4 Yanvar 2021 13:36

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin noyabrında "Bahar" yatağında qaz hasilatı gündə orta hesabla 22,2 milyon kub fut olub ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə gündə təxminən 0,5 milyon kub fut azdır.

Trend bu barədə ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, azalma B167 və B169 quyularındakı təbii azalma ilə əlaqədardır.

Qeyd edək ki, 2020-ci ilin üçüncü rübündə "Bahar" yatağında qaz hasilatı 0,6 milyon kub fut artaraq 19,4 milyon kub fut təşkil etmişdi.

Həmin dövrdə hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artmışdı.


Etiketlər:  Bahar yatağında hasilatı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ