Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qardaşlarımın toyunu Ağdamda edəcəm'' - Röya

''Qardaşlarımın toyunu Ağdamda edəcəm'' - Röya

Tarix: 4 Yanvar 2021 15:50

Hesab edirdik ki, ağır ildi. Amma mənim üçün ən gözəl il oldu. 2020-ci il Azərbaycandan başqa heç bir ölkəyə düşərli olmadı. 30 illik həsrət bitdi. Qələbə ilimiz oldu.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Onların səsi" proqramında deyib. Müğənni bildirib ki, qardaşlarına Ağdamda toy edəcək:

"Nəhayət, gedib Ağdamı görəcəm. Ağdamı 1992-ci ildə bircə dəfə görmüşəm. Atam oradan 12 yaşında çıxıb. İki qardaşım var, əsgərlikdən qayıtdılar. Onlara bir İstanbulda, bir Bakıda, bir də Ağdamda toy edəcəm".


Etiketlər:  Qardaşlarımın toyunu Ağdamda edəcəm Röya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ