Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vətən uğrunda'' medallı daha bir şəhidimiz - FOTO

''Vətən uğrunda'' medallı daha bir şəhidimiz - FOTO

Tarix: 4 Yanvar 2021 23:58

Azərbaycan Vətən müharibəsində öz doğma dədə-baba torpaqlarına qovuşaraq 30 ilə yaxın davam edən Qarabağ həsrətinə son qoydu.

Milli.Az oxu.az-a istinadən məlumat verir ki, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Allahverdiyev Kənandır.

O, 2002-ci ildə doğulub. Şəhidimiz cüdo idman növü üzrə Sumqayıt şəhər birinciliyinin mükafatçısı olub. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb.

Qəhramanımız Vətən müharibəsində döyüşlərdə igidlik göstərib. Döyüş yoldaşları bildirib ki, Kənan snayper olub. Döyüş zamanı ayağından yaralansa da yenə də ermənilərlə döyüşüb. Suqovşan uğrunda gedən döyüşlərdə, 2020-ci ilin oktyabrın 4-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

O, Qarabağ döyüşündə göstərdiyi şücaətə görə, "Vətən uğrunda" medalı ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Vətən uğrunda medallı daha şəhidimiz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ