Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 05:24
Bakı. Trend:
Böyük Britaniya hökuməti İngiltərə ərazisində epidemioloji vəziyyətin sürətlə pisləşməsi səbəbindən karantinin tətbiq edilməsi və məktəblərin bağlanılması barədə qərar qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu xalqa xüsusi müraciəti zamanı Birləşmiş Krallığın baş naziri Boris Conson deyib.
B.Conson bildirib: "İndi təcili tədbirlər görülməsə, Milli Səhiyyə Sistemi 21 gün ərzində həddindən artıq yüklənə bilər".
Baş nazir vurulayıb ki, karantin təxminən fevral ayının ortalarına qədər davam edəcək.