Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyona yaxın müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyona yaxın müraciət qeydə alınıb

Tarix: 15 Iyul 2019 13:15

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə cari ilin yanvar-iyun ayları ərzində 5,4 milyona yaxın müraciət qeydə alınıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, e-xidmətlər sırasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (1 932 829 müraciət) “İş yerinə dair arayış” (582 029 müraciət), “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (446 915 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (386 461 müraciət) e-xidmətləri müraciət sayına görə yenə də seçiliblər. Həmçinin nazirliyin “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (164 411 müraciət), “Sığortaolunanlara məlumatların verilməsi” (126 783 müraciət), “Sığortaolunanın onlayn uçota alınması” (125 097 müraciət), “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” (103 889 müraciət) və s. e-xidmətləri də daha çox maraq dairəsində olub.

Hazırda nazirlik tərəfindən əhaliyə 30-a yaxın növdə e-xidmət göstərilir və əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə e-xidmətlərin əhatə dairəsi getdikcə genişlənməkdədir.


Etiketlər:  Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e xidmətlərinə 54 milyona yaxın müraciət qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ