Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bahar'' yatağında hasilatla bağlı proqnoz açıqlanıb

''Bahar'' yatağında hasilatla bağlı proqnoz açıqlanıb

Tarix: 5 Yanvar 2021 18:36

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ildə Azərbaycanın "Bahar" yatağında neft hasilatının həcmi 240 min barel həcmində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsi barədə rəyində deyilir.

Qeyd olunur ki, proqnozlaşdırılan həcm 2020-ci illə müqayisədə dəyişməz qalıb.

Eyni zamanda, bu il "Bahar" yatağında 243 milyon kubmetr qazın hasil olunması gözlənilir.

Bu göstərici, 2020-ci ilin proqnozu ilə müqayisədə 5,2 faiz çox olacaq. 2020-ci ildə "Bahar" yatağında 231 milyon kubmetr qazın hasil olunması proqnozlaşdırılırdı


Etiketlər:  Bahar yatağında hasilatla bağlı proqnoz açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ