Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflər açılır

Nazir müavini: Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflər açılır

Tarix: 15 Iyul 2019 14:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflərin açılması üçün şərait yaradılır.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu ildən rus bölməsi üzrə I sinfə şagird qəbulunda müsahibə mərhələsi keçirilir.

M.Vəliyeva bu il müsahibə mərhələsində yaxşı nəticə göstərən uşaqların siniflərə yerləşdirildiyini də söyləyib: "1-ci siniflərə qəbul prosesinin demək olar ki, 90 faizi yekunlaşıb. Bu günə qədər qəbulla bağlı narazılıq olmayıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir müavini bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa əlavə siniflər açılır


RƏYLƏR