Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 13:36
Niderlandın Baş naziri Mark Rutte peyvəndlərin tətbiqində səhvə yol verdiklərini etiraf edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, hökumətin vaksin strategiyasında yanlış şirkətlə plan qurduqlarını bildirib: "Noyabrın sonunda başqa bir peyvəndin daha tez hazır olacağını düşündük və güvəndik. "Pfizer" vaksininin daha tez hazır olduğu ortaya çıxdı, Niderland buna hazır deyildi".
Rutte peyvəndlərinin tətbiqinə digər ölkələrdən iki həftə sonra başlayacaqları üçün kədərləndiyini söyləyib.
Baş nazir qeyd edib ki, peyvənd ilk olaraq bəzi şəhərlərdə xəstəxana əməkdaşlarına tətbiq ediləcək. Bu proses yanvarın 6-da başlayacaq.