Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 18:52
Bakı. Trend:
Azərbaycan həmişə Gürcüstanla sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub.
Bunu Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Keşikçidağ monastır kompleksinə girişini məhdudlaşdırmaq barədə Gürcüstan mediasında yayılan məlumatlara münasibət bildirərkən deyib.
L.Abdullayeva qeyd edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür:
"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.
Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin