Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''ın daha iki futbolçusu ''Yuventus''la oyunu buraxacaq

''Milan''ın daha iki futbolçusu ''Yuventus''la oyunu buraxacaq

Tarix: 6 Yanvar 2021 20:24

"Milan" ötən gün komandadan götürülən koronavirus testinin nəticələrini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, iki futbolçunun virusa yoluxduğu məlum olub. Bunlar hücumçu Ante Rebiç və yarımmüdafiəçi Rade Kruniçdir.

Hər iki futbolçu bu gün A Seriyasında "Yuventus"la keçiriləcək görüşü buraxacaq.

Komandanın əsas hücumçularından olan Zlatan İbrahimoviç isə zədə səbəbindən Turin klubu ilə görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, bu gecə keçiriləcək "Milan" - "Yuventus" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Milanın daha futbolçusu Yuventusla oyunu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ