Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 11:52
Bakı. Samir Əli - Trend:
"Azəriqaz" İstehsalat Birliyi bəzi ərazilərdə binalara qaz verilişinin gecikdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Trend-ə bildirib ki, bu cür gecikmə hallarına görə "Azəriqaz" məsuliyyət daşımır: "Binaların qazlaşmasına dair Birliyin ünvanına tez-tez daxil olan müraciətlərə də aydınlıq gətirmək istərdik. Çünki əksər hallarda hansısa bir binada təbii qaz açılışının yubanmasında “Azəriqaz” İB günahkar hesab edilir və bəzən də tikinti təşkilatının səhlənkarlığı Birliyin üzərinə atılır.
Ona görə də bu prosesin necə tənzimlənməsi barədə binalardan mənzil alan vətəndaşlar bir daha agah olsun deyə, prosedurları təqdim edirik".
Qurum rəsmisi bildirib ki, çoxmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi ilə əlaqədar hüquqi və ya fiziki şəxslər texniki şərtin alınması üçün "ASAN Kommunal" mərkəzlərinə müvafiq mülkiyyət sənədləri təqdim etməklə müraciət etməlidir: "Bundan sonra mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyi verilmiş texniki şərtlər əsasında xüsusi icazəsi (lisenziya) olan layihə təşkilatı ilə müqavilə bağlayaraq öz vəsaiti hesabına layihə-smeta sənədlərinin hazırlanmasını sifariş verir. Hazırlanmış layihə-smeta sənədləri sifarişçi tərəfindən “Azəriqaz” İB ilə razılaşdırılır və aidiyyəti dövlət qurumlarında qeydiyyatdan keçirilir. Qeyd edək ki, razılaşdırılmış layihə-smeta sənədlərinə uyğun olaraq qazlaşdırma işlərini MTK-nın sifarişi əsasında xüsusi icazəsi olan tikinti təşkilatları həyata keçirir. Belə ki, tikinti təşkilatları “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydalarının”, eləcə də qüvvədə olan "Tikinti Norma və Qaydaları"nın tələblərinə uyğun binanın daxili qaz şəbəkəsinin qurulmasını və sayğacların quraşdırılmasını həyata keçirməli, həmçinin, texniki-icra sənədləri tərtib olunmalıdır. Kommunikasiya xətləri çəkildikdən və qaz sayğacları quraşdırıldıqdan sonra MTK-nın rəhbərliyi və ya MTK ilə işlərin görülməsi üçün müqavilə bağlayan podratçı təşkilat tərəfindən qəbul kоmissiyаsının аktlаrı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir. Yəni, binalarda qazlaşma işlərini “Azəriqaz” İB icra etmir və yalnız açılışa hazırlıqla bağlı rəylərin əks olunduğu müvafiq sənədlər (ayrı-ayrı qurumlardan alınan) təqdim edildikdən sonra binalara təbii qazın verilməsi təmin edilir".