Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 11:50
Döyüşlər zamanı erməni hərbçilərini qorxuya salan, 24 saat ərzində 25 kilometrlik bir ərazini düşməndən azad edərək şanlı bayrağımızı Zəngilan rayonuna və Xudafərinə sancan qəhrəmanımızdan danışacağıq. Söhbət polkovnik Babək Ələkbərovdan gedir. Babək ikinci vətən müharibəsində göstərdiyi şücaətə görə bir neçə rayonun azad edilməsi medalı ilə təltif edilib və ''Vətən müharibəsi qəhrəmanı'' adını alıb. Əməkdaşımız Ömər Xıdırov Babək Ələkbərovla elə uğrunda döyüşdüyü Zəngilan rayonunda söhbətləşib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, o, İkinci Vətən Müharibəsində elə bir qəhrəmanlıq göstərib ki, bundan sonra onun döyüş yolu gənc nəsilə örnək olacaq. Söhbət Dövlət Sərhəd Xidmətinin zabiti Babək Ələkbərovdan gedir
44 günlük vətən müharibəsi başlayan zaman Babək və digər sərhədçilər Füzuli,Cəbrayıl, Zəngilan,Qubadlı rayonlarının,Hadrud qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi fədəkarlıq göstəriblər.Babək Ələkbərovun sözlərinə görə, ilk dəfə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində gedən döyüşlərdə iştirak edib. Qısa müddət ərzində sərhəddəki ərazilər işğaldan azad edilib və sərhəd zastavaları ələ keçirilib.
Zəngilan rayonu hərbçilərimizin göstərdiyi şücaət nəticəsində 24 saat ərzində işğaldan tam azad edilib. Babək Ələkbərov deyir ki, bununla bağlı döyüş planı elə hazırlanmışdı ki, düşmən əks hücum etsə belə həmin an çoxlu sayda itki verəcəkdi.
Babək Ələkbərov Zəngilan istiqamətindən hər iki əlindən, eləcə də çənə nahiyəsindən ağır yaralansa da döyüşü yarımçıq tərk etməyib.O və digər hərbçilər verilən tapşırığı sona qədər yetirərək bu rayonu işğaldan azad ediblər. Bu dəfə də Babək Zəngilan rayonuna şanlı bayrağımızı sancaraq Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Babək Ələkbərov 44 günlük vətən müharibəsində göstərdiyi xidmətlərinə görə bir sıra medallarla təltif edilib və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Qeyd edək ki, rütbəcə mayor olan Babək Ələkbərovə döyüşlərdə göstərdiyi şücaətə görə polkovnik rütbəsi verilib.