Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 12:56
İspaniya Pireney yarımadasında havanın temperaturunun mənfi 34 dərəcəyə düşməsinə səbəb olmuş "Filomena" fırtınasının nəticələrini aradan qaldırmağa hazırlaşır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Pireney yarımadasında belə şaxtalı havalar çox nadir hallarda olur. Agentliyin məlumatına görə, güclü qar yağacağı, paytaxt Madriddə qar örtüyünün hündürlüyü 10 santimetrdən çox olacağı gözlənilir.
Havanın temperaturunun mənfi 12 dərəcəyə enəcəyi, güclü qar, yağış yağacağı proqnozlaşdırılır. Fırtına ehtimalı səbəbindən ölkənin əksər hissəsində "narıncı" xəbərdarlıq elan edilib.