Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 17:42
Onlar çox gözəl bir təşəbbüsə imza atıblar. Diş texniki Rafael Paşayev öz həmkarları ilə birlikdə kədərli ailələri gülümsətməyi qərara alıb. Müharibədə iştirak edə bilməyən diş texniki, şəhid və qazi ailələrinə vətəndaşlıq borcunu öz işi ilə ödəmək istəyir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, vətən müharibəsində iştirak edə bilməyən insanlar var ki, onlar da öz əməlləri və təşəbbüsləri ilə qələbəyə imza atmaq istəyirlər. "Dayaq" xeyriyyə cəmiyyətinin nəzdində yaradılan "Stomatoloji dayaq layihəsi"nin müəllifləri kimi. Bir qrup stomatoloq, diş texniki Rafael Paşayevin çağırışına səs verib, şəhid ailələri və qazilərin stomatoloji problemlərini təmənnasız həll etmək niyyətindədir:
Bu məqsədlə stom.az saytı da fəaliyyətə başlayıb. Saytda lahiyə haqda kifayət qədər məlumatla yanaşı, həmçinin könüllü stomatoloq və texniklərin qeydiyyatdan keçməsi üçün də bölmə yaradılıb. Müraciət etmək istəyən qazi və şəhid ailələri saytda asanlıqla qeydiyyatdan keçib, müraciət edə bilərlər.
Sözügedən layihədə məqsəd Vətən müharibəsində canından, eləcə də sağlamlığından keçən oğullara mənəvi borcu ödəmək, onlara təbəssüm bəxş etməkdir. Belə bir problemi olan şəhid və qazi ailələri saytda qeydiyyatdan keçib xidmətlərdən faydalana bilərlər.