Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İntihar edən əsgər psixoloji gərginlik yaşayıb - YENİLƏNİB

İntihar edən əsgər psixoloji gərginlik yaşayıb - YENİLƏNİB

Tarix: 9 Yanvar 2021 21:16

21:16

44 günlük Vətən müharibəsindən sağ-salamat qayıdan Y.Mənsurov Sulutəpədə yerləşən Çiçək qəsəbəsinin sakini olub. Əslən Xızıdan olan 24 yaşlı əsgər dekabrın 30-da ordu sıralarından tərxis olunub.

İki gün öncə intihar edən əsgər psixoloji problemlərdən əziyyət çəkib və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqlayıb.

19:29

Hərbi vəzifəli əsgər Yunis Mənsurov intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər.

Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Y.Mənsurov bir neçə gün əvvəl tərxis olunub. 24 yaşlı mərhumun özündən sonra 1 övladı qalıb.

Milli.Az


Etiketlər:  İntihar edən əsgər psixoloji gərginlik yaşayıb YENİLƏNİB


RƏYLƏR