Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parça maskalar virusdan qorumur?

Parça maskalar virusdan qorumur?

Tarix: 9 Yanvar 2021 21:57

Parça maskaların heç bir qoruyuculuğu yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultantı, Türkiyənin Hacettepe Universiteti xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova deyib.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, onun sözlərinə görə, bu maskaların tutmaq funksiyası yoxdur: "Ona görə də parça maskaları taxmaq əksinə təhlükəli ola bilər. Çünki maskanın çöl tərəfi də nəmlənər və bakteriyalar yapışa bilər ki, bu da nəfəs alanda bakteriyanın, virusun ağ ciyərlərimizə keçməyinə səbəb ola bilər. Ona görə də parça maskalardan istifadə etmək məsləhət görülmür".

Həkim bildieib ki, tibbi maskaların rəngli tərəfi çölə tərəf olmalıdır, ağ tərəfi isə üzümüzə doğru taxılmalıdır: "Çünki maskanın rəngli tərəfi hidrofob, yəni su keçirməyən tərəfdir. İçəri tərəfi olan ağ hissə isə əksinə nəmi saxlayan tərəfdir. Əgər rəngli tərəfi üzə tərəf, ağ hissəni isə çölə doğru istifadə etsək onda nəm hissəyə bakteriyalar, viruslar yapışar və nəfəs alan zaman ağ ciyərlərimizə keçə bilər. Ona görə də su keçirməyən rəngli tərəf mütləq çölə doğru taxılmalıdır".


Etiketlər:  Parça maskalar virusdan qorumur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ