Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzərində təcrübə aparmaq üçün ona dünyanın ən acı ölümünü yaşatdılar - Qorxunc FAKTLAR - FOTO

Üzərində təcrübə aparmaq üçün ona dünyanın ən acı ölümünü yaşatdılar -  Qorxunc FAKTLAR - FOTO

Tarix: 10 Yanvar 2021 15:24

83 gün boyunca məcburi yaşadılan gəncin əzabı: "Artıq dözə bilmirəm, mən laboratoriya siçanı deyiləm"

Çoxumuz nüvə elektrik stansiyalarının nə qədər təhlükəli olduğunu bilirik, radioaktiv materialların istifadəsi həm ətraf mühitə zərər verir, həm də qəza riskini çoxaldır.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, 1986-cı ildə Ukraynadakı Çernobıl fəlakəti nüvə elektrik stansiyalarının təhlükələrini artıq aşkar etmişdi, lakin insanlar dayanmadı və daha çox elektrik stansiyası açmağa başladılar.

Çernobıl faciəsi enerji istehsal edən nüvə elektrik stansiyalarındakı yeganə fəlakət deyil.

Yaponiyadakı yaşanan fəlakət qədər faciədən təsirlənənlərin hekayəsi də dəhşətlidir.

30 sentyabr 1999-cu ildə Yaponiyada baş verən Tokaimura nüvə qəzası və nəticəsi insanlığımızı sorğu-sual edəcək qədər dəhşətlidir. Yanacaq istehsal edən müəssisədəki işçilər təhlükəsizlik qaydalarını pozduqda böyük bir qəza meydana gəlib. Qəzadan sonra 667 nəfər kəskin radiasiya zəhərlənməsi səbəbiylə xəstəxanaya yerləşdirilib.

Qəzada 3 nəfər daha çox radiasiyaya məruz qalıb. Sağ qalanlar arasında ən çox radioaktiv radiasiyaya məruz qalan Hisashi Ouchi, dünyanın ən pis ölümünü yaşayan şəxs olub.

Qəzadan sonra müalicə olunan gəncin bədənindəki xromosomlar həddindən artıq ziyan görüb ki, bu da yavaş-yavaş onun ölümünə yol açıb. Hər gün bədəni 20 litrə qədər su itirib və halı daha da pisləşib. Xəstəxanada olarkən ürəyi 3 dəfə, ümumilikdə, 49 dəqiqə dayanıb və orqanları yavaş-yavaş sıradan çıxıb.

Bütün bunlara baxmayaraq, Ouchinin sağ qalması bir şans deyil, həkimlərin və alimlərin nüvənin insan orqanizminə təsirlərini araşdırmaq istəmələrinin nəticəsi idi. Başqa sözlə desək, 83 gün ərzində Ouchi aparatlara bağlı şəkildə həyatda qalmaq üçün mübarizə aparmış, ağrıdan əziyyət çəkmiş və insanların üzərində təcrübələr aparmalarına imkan vermək məcburiyyətində qalıb.

83 gün ərzində müayinə olunan Ouchin şüuru özündə olduğu vaxt "artıq dözə bilmirəm, mən laboratoriya siçanı deyiləm", - deyib.

83 gün yaşamaq məcburiyyətində qalan Hisashi Ouchi aparatlara bağlı şəkildə yaşayarkən dəhşətli ağrılar çəkib. Qəribəsi budur ki, bu 83 günlük əzabın sonunda isə radiasiyanın insan orqanizmində hansı təsirlərinin olmasını alimlər açıqlamayıblar.


Etiketlər:  Üzərində təcrübə aparmaq üçün dünyanın acı ölümünü yaşatdılar Qorxunc FAKTLAR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ