Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 16:24
Ötən gecə Əfqanıstanın Nimroz əyalətində aviazərbə nəticəsində 12 mülki şəxs ölüb.
APA-nın "Tolo News" telekanalına istinadən verdiyi məlumata görə, bunu əyalət Şurasının rəhbəri Məhəmməd Nəsir bildirib.
Munaziri kəndinə endirilən aviazərbə nəticəsində 12 mülki şəxs ölüb. Həmin ərazidə "Taliban" Hərəkatının mövqelərinə də hücum olub, ancaq məhv edilən taliblər barədə məlumat yoxdur.
Əfqanıstan təhlükəsizlik qüvvələri hələlik Nimroz əyalətində aparılan əməliyyat barədə hər hansı informasiya açıqlamayıb.