Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 09:36
"Rizəspor" klubu "Qalatasaray"la məhkəməni qazanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.
Rizə klubu ötən mövsüm müqaviləni tək tərəfli ləğv edərək "Qalatasaray"a keçən Oğulcan Çağlayanla bağlı TFF-yə şikayət etmişdi. Məsələ ilə bağlı qərarını verən qurum "cim-bom"u və futbolçunu cəzalandırıb. "Qalatasaray" qarşı tərəfə 1,2 milyon avro təzminat ödəməli olacaq. "Rizəspor" milli üzvünü "Kayseri Erciyesspor"dan məhz bu məbləğə transfer etmişdi. Həmçinin futbolçu da 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.
"Qalatasaray" və Oğulcan qərarla bağlı rəsmi etiraz bildirəcək.