Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 01:16
Bakı. Trend:
Slovakiyada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi 40 gün müddətinə uzadılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərarı Slovakiyanın Milli Şurası (parlament) təsdiqləyib.
Məlumata əsasən, ölkədə fövqəladə vəziyyət rejimi fevralın 10-u bitəcək.
Qeyd edək ki, əhalisinin sayı təxminən 5,5 milyon olan Slovakiyada 211 479 nəfər koronavirusa yoluxub, 3 102 nəfər koronavirusdan ölüb.