Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 06:20
Bakı. Trend:
"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 05:23 (GMT+4) üçün 0,88 faiz bahalaşaraq 57,08 dollar/barel təşkil edib.
Trend-in məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti 2020-ci ilin fevral ayında 57 dollardan yüksək olub.
"WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,79 faiz bahalaşaraq 53,66 dollar/barel təşkil edib.