Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtobus avtomobillə toqquşdu: 6 nəfər diri-diri yandı

Avtobus avtomobillə toqquşdu: 6 nəfər diri-diri yandı

Tarix: 16 Iyul 2019 20:42

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində qanunsuz yolla yanacaq aparan "Peugeot Pars" minik avtomobili avtobusla toqquşub.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr Tibb Elmləri Universitetinin fövqəladə hallar və təcili yardım idarəsinin direktoru Mahmudrza Naseh deyib.

M.Nasehin sözlərinə görə, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi alışıb: "Mminik avtomobilinin 2, avtobusun isə 4 sərnişini yanaraq həlak olub".

Naseh qanunsuz yolla yanacağın ölkədən çıxarılmasının Sistan və Bəluçestan vilayətində magistral yolların təhlükəli olmasına gətirib çıxardığını deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avtobus avtomobillə toqquşdu nəfər diri diri yandı


RƏYLƏR