Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampdan sonra Ağ Evin təmizlənməsinə ayrılacaq büdcə açıqlandı

Trampdan sonra Ağ Evin təmizlənməsinə ayrılacaq büdcə açıqlandı

Tarix: 13 Yanvar 2021 12:26

ABŞ-da 20 yanvar tarixində prezidentlik postunu təhvil alacaq Cozef Bayden və ailəsinin Ağ Evə köçməsindən öncə aparılacaq təmizlik işləri üçün 286 min dollar büdcə ayrıldığı məlum olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 20 yanvarda xüsusi seçilmiş bir qrup tərəfindən Ağ Evin təhvil verilməsi üçün intensiv təmizlik işlərinə başlanılacaq. Ofislərin yerləşdiyi hissənin və yaşayış hissəsinin təmizlənməsi üçün ümumilikdə 286 min dollar xərclənəcəyi gözlənilir.

Bu büdcə çərçivəsində ümumi təmizlik üçün 127 min dollar, xalça təmizlənməsi üçün 44 min dollar və alınacaq materiallar üçün 115 min dollar ayrılacaq.

"COVID-19" səbəbiylə xüsusi diqqət göstəriləcək təmizlik çərçivəsində, binanın baxım və təmir işləri də tamamlanacaq.

Bununla yanaşı, Donald Trampın xanımı Melania Trampın son iki ayda bir çox əşyasını cütlüyün bundan sonra yaşayacağı Floridaya apardığı bildirilib.


Etiketlər:  Trampdan sonra Evin təmizlənməsinə ayrılacaq büdcə açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ