Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan təxribatlardan əl çəkməsə, Azərbaycanın cavab tədbirləri sərt olacaq - VİDEO

İrəvan təxribatlardan əl çəkməsə, Azərbaycanın cavab tədbirləri sərt olacaq -  VİDEO

Tarix: 13 Yanvar 2021 13:00

Azərbaycan həm döyüş vaxtı, həm də üçtərəfli birgə bəyanat imzalandıqdan sonra bəyanatdan irəli gələn bütün tələblərə və humanizm prinsiplərinə sadiq qaldı. İndi isə qarşı tərəfə də nəzər yetirək. Savaş sonrası məğlub Ermənistan dəfələrlə təxribat törətdi. Bəs qarşı tərəf belə qanunazidd hərəkətlərdən çəkinməzsə, azərbaycanın verəcəyi cavab tədbirləri nə ilə nəticələnə bilər? Ermənilərin qorxulu kabusu dəmir yumruq işə qarışa bilərmi? Mövzunu siyasi ekspertlə davam etdirmişik.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Ermənistan ölkədaxili sabitliyin və regional sülhün təmin olunmasını istəyirsə, Azərbaycanın sərgilədiyi humanist mövqedən nəticə çıxarmalıdır...

Azərbaycan ötən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatdan irəli gələn bütün məsələlərə vicdanla yanaşır. Siyasi ekspert Sultan Zaidov deyir ki, dövlətimiz öz ədalətli, məsuliyyətli və humanist mövqeyini döyüşlər davam edən vaxt da nümayiş etdirdi və ancaq hərbi hədəflərə qarşı əməliyyatlar apardı. Bundan fərqli olaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisinə artilleriya və raket zərbələri endirməklə misli görünməmiş müharibə cinayətləri törətdi. Azərbaycan həmçinin üçtərəfli bəyanat imzalandıqdan sonra da öz humanist prinsiplərini qorudu.

Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi həm üçtərəfli bəyanatın tələblərini, həm də Beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozdu.

Sultan Zaidov deyir ki, Ermənistan tərəfi Azərbaycanın humanizm prinsipindən sui-istifadə etməməlidir, əksinə bundan nəticə çıxarmalıdır.

Sultan Zaidovun fikrincə, Ermənistan rəhbərliyi bundan sonra məsuliyətlə davranmalı, bəyanatdan irəli gələn bütün prinsiplərə əməl etməlidir, yoxsa Azərbaycanın atacağı adekvat addımlar Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq.


Etiketlər:  İrəvan təxribatlardan çəkməsə Azərbaycanın cavab tədbirləri sərt olacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ