Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyan onu daş-qalaq etməsinlər deyə Moskvada bu açıqlamanı verdi''

''Paşinyan onu daş-qalaq etməsinlər deyə Moskvada bu açıqlamanı verdi''

Tarix: 13 Yanvar 2021 13:18

"Qonşu ölkəyə ərazi iddiası ilə çıxış edəsən, müharibədə məğlub olmasına rəğmən ərazi iddiasından əl çəkməyəsən, amma deyəsən ki, iqtisadi əlaqələri bərpa edək".

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək:

"Dəhliz açıla bilər, amma Ermənistanın iqtisadi əlaqələrinin bərpası, regional layihələrə qoşulması üçün Azərbaycanın ərazi bütövlüyünü tanıması, ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımaq lazımdır. Bizim öz milli və təhlükəsizlik maraqlarımız var. Bizim maraqlarımızı oradakı separatçıların mütləq şəkildə tərkisilah olunması, sərhədçilərimizin Laçın istiqamətində yerləşdirilməsi, orada yaşayan ermənilərin Azərbaycan qanunları və "pasport"larını qəbul etmələri məsələsi təşkil edir. Bundan sonra iqtisadi əlaqələr bərpa oluna bilər.

Bununla belə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədi: "Təəssüf ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır". Birincisi, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi Azərbaycan Prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər. Paşinyan "status və əsiirlərlə" bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi".

Təhməz Əsədov


Etiketlər:  Paşinyan daş qalaq etməsinlər deyə Moskvada açıqlamanı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ