Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 17:48
Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı qətiyyətlə təkzib edir.
Bunu Sonxeber.net-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiqdir:
"Azərbaycan ordusu atəşkəsi heç bir halda pozmayıb".