Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 20:16
Çin mütəxəssisləri sürəti saatda 620 kilometrə çatan maqlev qatarının prototipini və onun sınaq dəmir yolu xəttini inşa ediblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, dünyada yüksək temperaturlu superkeçirici maqnit yastıq üzərində hərəkət edən sürətli qatar prototipidir. Qatar və onun sınaq dəmir yolu Siçuan vilayətinin paytaxtı olan Çendu şəhərində hazırlanıb.
Bildirilir ki, dizayn sürəti saat 620 kilometr olan qatar dünyada yeni rekorda imza ata bilər.