Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO)

Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO)

Tarix: 14 Yanvar 2021 11:39

Bakı. Samir Əli - Trend:

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən "Nataktari" kafesini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib.

Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO) - Gallery Image Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO) - Gallery Image Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO) - Gallery Image Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO) - Gallery Image Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO) - Gallery Image Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda gizli kafe aşkarlandı nəfər saxlanıldı FOTO


RƏYLƏR