Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BiP-in auditoriyası sürətlə böyüyür - 3 gündə 4,6 milyon yeni istifadəçi

BiP-in auditoriyası sürətlə böyüyür - 3 gündə 4,6 milyon yeni istifadəçi

Tarix: 14 Yanvar 2021 21:56

WhatsApp-ın yeni qərarı alternativ mesajlaşma platformalarına marağı artırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 3 gün ərzində 4.6 milyon yeni istifadəçi BiP-ə qoşulub.192 ölkədə mövcud olan BiP mesajlaşma, səs və video zəng xüsusiyyətləri ilə istifadəçilərə təklif olunur.

BiP məlumatları Türkselin İstanbul və Ankaradakı beynəlxalq təhlükəsizlik sertifikalarına (TLS) sahib olan məlumat mərkəzlərində saxlanılır. BiP-də mesajların ötürüldüyü cihazlar və serverlər arasındakı bütün rabitə beynəlxalq standartlara uyğun olaraq TLS şifrələmə metodu ilə etibarlı şəkildə nəql olunur. Hansısa üçüncü şəxs mesajları ələ keçirə bilməz.

BiP-də ehtiyat funksiyası açılmırsa, mesajlar sistemlərdə qarşı tərəfə çatdırılana qədər şifrələnərək müvəqqəti olaraq saxlanılır və mesaj çatdırıldıqdan sonra sistemlərdən tamamilə silinir. İstifadəçi ehtiyat nüsxə parametrini aktivləşdirərsə  paylaşımlar şifrəli şəkildə məlumat mərkəzlərində saxlanılır.

Milli.Az


Etiketlər:  BiP in auditoriyası sürətlə böyüyür 3 gündə 46 milyon yeni istifadəçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ