Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zukerberqin videosu yayıldı: Bunu etməzdim... - VİDEO

Zukerberqin videosu yayıldı: Bunu etməzdim... - VİDEO

Tarix: 14 Yanvar 2021 22:52

Feysbuk şirkətinin təsisçisi, eləcə də ona aid olan İnstaqram və WhatsApp platformalarının sahibi Mark Zukerberq öz gizlilik strategiyasını təkzib edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, o, bunu bir neçə il öncə ABŞ senatoru ilə danışdığı zaman deyib.

Zukerberq "öz məlumatlarınızı bizimlə paylaşa bilərsinizmi?" sualına "xeyr" deyərək cavab vermişdi.

Beləliklə, Zukerberq adıçəkilən sosial şəbəkələrin istifadəçilərinə qarşı özünə sığışdırmadığı Feysbuk "gizlilik siyasətini" tətbiq etməyə davam edir.

Qeyd edək ki, WhatsApp-ın yeni qaydaları sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. İstifadəçilərin sözlərinə görə, platforma onların məxfi məlumatlarını ələ keçirir.

Milli.Az


Etiketlər:  Zukerberqin videosu yayıldı Bunu etməzdim VİDEO


RƏYLƏR