Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 11:24
Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, ildən ilə daşınmaz əmlakın icbari sığortasına maraq artır. Təkcə ötən ilin 11 ayı ərzində 149 min ədəd bu sığorta növü üzrə müqaviləsi bağlanıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə azı 3 dəfə çoxdur
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, daşınmaz əmlakın icbari sığortasına maraq artıb. İndi vətəndaşlar əmlaklarını sığorta etdirməyə daha çox üstünlük verirlər. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalamov "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə yerli sığorta şirkətləri tərəfindən bağlanan müqavilələrin sayını açıqlayıb. Bildirib ki, 2020-ci ilin 11 ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 38.6 milyon manat yığımlar təşkil olunub. Bu isə 2019-cu ilin eyni periyodu ilə müqayisədə 6.5 milyon manat çoxdur
Elmar Mirsalamov qeyd edib ki, baş vermiş hadisələrilə bağlı vətəndaşlara dəymiş ziyanın ödənilməsindən də danışıb.
Daşınmaz əmlakın icbari sığortası məcburi olduğundan, bu sığorta növündən yayınan vətəndaşlar barəsində inzibati xətalar məcəlləsində cərimələr də nəzərdə tutulub.
Bu məhdudiyyətlər əsasən daşınmaz əmlakın alqı-satqısı və ya girov əməliyyatları zamanı ortaya çıxa bilər.