Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək

Tarix: 15 Yanvar 2021 12:08

Bakı. Orxan Nəbiyev - Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Rusiyaya səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, iranlı naziri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək və bir sıra beynəlxalq məsələlərlə, o cümlədən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələni müzakirə edəcək.

İranın nüvə proqramı, Suriyada, Əfqanıstanda və Fars körfəzi ətrafında vəziyyət də müzakirə mövzusu olacaq.


Etiketlər:  Rusiya İran XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ