Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland hökuməti istefa verir

Niderland hökuməti istefa verir

Tarix: 15 Yanvar 2021 17:16

Bakı. Orxan Nəbiyev - Trend:

Niderlandın baş naziri Mark Rüttenin başçılıq etdiyi hökumət tam tərkibdə istefaya yollanır.

Trend-in məlumatına görə, bu qərar ölkədə uşaqlara qayğı üçün verilən müavinətlərlə əlaqədar yaranan qalmaqal səbəbi ilə verilib.

M.Rüttenin istefa ərizəsini kral Villem-Aleksandra təqdim etməsi gözlənilir.

Qeyd edək ki, bir müddət Niderland Vergilər Xidmətinin səhvinə görə, uşaqlar üçün müavinət alan insanlar fırıldaqçı hesab olunub və onlardan alınan müavinətlərin büdcəyə qaytarılması tələb olunub. Daha sonra bunun texniki səhv olduğu üzə çıxıb.


Etiketlər:  Niderland hökuməti istefa verir


RƏYLƏR