Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

Tarix: 15 Yanvar 2021 18:27

“WhatsApp” messencerində böyük həcmli mesaj massivi ilə işləməyi asanlaşdıracaq “Read Later” (sonra oxumaq) funksiyası istifadəyə veriləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, yeni funksiya “Archive”i (arxiv) əvəz edəcək. Yeni funksiya messencerin “Android” üçün versiyalarında beta sınaqdan keçirilir. Tezliklə başqa platformalar üçün də əlçatan ola bilər.

 

Əvvəllər arxivləşdirmə vaxtı istifadəçiyə mesaj göndərilməsi dayandırılırdı, indi isə bölmə yuxarıda bərkidiləcək, istifadəçilər mesajları həmin bölmədə görə biləcək, amma bildiriş gəlməyəcək.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp messencerində yeni funksiya istifadəyə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ