Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 18:40
Özbəkistanla Tacikistan arasında hava nəqliyyatı doqquz ay sonra yenidən bərpa edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Tacikistan Mülki Hava Nəqliyyatı Agentliyinin Baş direktoru İkram Sübhanzadə fəaliyyəti dondurulan Daşkənd-Düşənbə reyslərinin iki ölkənin koronavirusla mübarizə komissiyalarının qərarları ilə yenidən başladığını bildirib.
Daşkənd-Düşənbə reyslərinin Özbəkistan Hava Yolları və Tacikistana aid "Somon Air" tərəfindən həftədə iki dəfə gerçəkləşdiriləcəyini qeyd edən İ.Sübhanzadə sərnişinlərin 72 saat içində alınmış neqativ koronavirus testi təqdim etmələri və uçuş əsnasında gigiyenik qaydalara əməl etmələrinin zəruriliyini vurğulayıb.
İki ölkənin Səhiyyə nazirliklərinin açıqlamalarına görə, Tacikistanda ayın 10-dan bəri yeni yoluxma aşkarlanmayıb, Özbəkistanda isə son dönəmlərdə günlük yoluxma sayı 50 civarındadır.
Özbəkistan ötən ilin sentyabrından bir sıra ölkələrlə hava nəqliyyatını yenidən açıb.