Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Külli miqdarda dələduzluq edən şəxsə 8 il cəza verildi

Külli miqdarda dələduzluq edən şəxsə 8 il cəza verildi

Tarix: 17 Iyul 2019 14:45

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Məlikov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda, bankların birində debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.

Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə, 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla 180 min manat alaraq dələduzluq edib.


Etiketlər:  Külli miqdarda dələduzluq edən şəxsə 8 il cəza verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ