Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 13:48
"Yeşilçam" aktrisası Filiz Akın estetik əməliyyatlara münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 77 yaşlı aktrisa gözəlliyin müvəqqəti olduğunu deyib:
"Bəzi qadınlar yaşlandıqlarını qəbul edə bilmirlər. Mütəmadi olaraq üzləri və görüntüləriylə təlaş içindədirlər. Ruhları qarışıq və hüzursuzdu. Yaşlanmanı tamamilə dayandıracaq bir şey yoxdur. Şişmiş dodaqlar, tennis topu kimi yanaqlar, lobyadan böyük dişlər. Bu gözəl görünür? Mən yaşımın ən yaxşısı olmağa çalışıram. Gözəllik müvəqqəti, zəriflik isə qalıcıdır. Ağıllı insanlar bunu daha yaxşı bilir və özünü sevdirməyi bacarır".