Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş

Tarix: 18 Yanvar 2021 01:57

Bakı. Trend:

Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Sadıqlı İbrahim Şahin oğluna həsr edilmişdir...

- Salam, İbrahim.

- Salam.

- Bilirsən, birinci mən sənin haqqında sosial mediyada oxudum. Rus dilində bir məqalə gördüm, başlığı məni təsirləndirdi.

- Nə yazılmışdı ki?

- “İstəyirəm ki, məni hamı tanısın”.

- Bəli, istəyirəm (gülür).

- Mən əminəm ki səni hamı tanıyacaq! Mən də çalışacağam ki mənim yazdığlarımı çoxusu oxusun.

- Yaxşı olar.

- Qardaşınla danışdım, Vüqarla. Sənin üçün çox darıxır...

- Mən də darıxıram...

- İbrahim, bir az özündən danış.

- Mən 2016-cə ildə Xüsusi Təyinatlı Qüvvələrdə qizir rütbəsində xidmətə başladım. Hətta “Azərbaycan ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdum.

- Bu səni çox sevindirirdi?

- Çox! Mən həmişə hərbçi olmaq istəyirdim!

- Bilirəm ki, gözəl snayper olmusan, həm də “A” kateqoriyalı!

- Heyfslənirəm ki, məni öyrədə bilməyəcəksən...

- Təki istəyiniz olsun, qalanı vaxtdan və çalışmaqdan asılıdır. Sonra da ki, artıq Qarabağı aldıq, sizə qərək yoxdur (gülür).

- Düz deyirsən, amma hazırlıqlı olmaq yaxsıdır.

İbrahım gülümsəyərək mənə baxırdı. Atıcılığa gedən vaxtlarım yadıma düşdü, kaş ki, İbrahimi tanıyaydım...

- İbrahim, ailənə tez-tez zəng edirdin?

- O qədər də yox... Döyüşlərdə vaxt olmurdu, həmişə fürsət yaranmırdı... Hətta bir dəfə evə zəng edəndə qardaşıma dedim ki, evdəkilərə yaxşı baxsın, çünki mən öz şəhid olan yoldaşlarımdan artıq deyiləm.

- Kövrəldi?

- Bəli... Axırıncı dəfə oktyabrın ikisi evə zəng edə bildim, ən azından sağollaşdım. Cünki ayın üçündə Cəbrayıllı oldum.

- Cəbrayılda bir hadisə baş verdı, düzdür?

- Qardaşım dedi?

- Ona da dostların.

- Adətən döyüşdən danışmıram.

- Bilirəm, amma indi bir az fərqlidir.

- Yaxşı... Döyüşdən qabaq gözümə gəribə bir şey sataşdı. Heç kimə demədən bir dostumu götürdüm, getdik araşdırmağa.

- Tapşırıq verilməmiş?

- Bəli (gülür). Yaxşı ki, getdim. Bizim hərbi hissələrimizi düşmənlər çəkirmiş.

- Mən sənə deyim, yaxşı ki, heç kimə deməmisən.

- Mən də elə fikirdəyəm. Dostlarım sağ qaldılar.

- İbrahim, bəs sevgi?

- Gözəl şeydir (gülür). Amma əvvəl Qarabağ, sonra sevgi... Sevqi qismət olmasa belə, Qarabağda yaşanan hisslər hər sevgidən üstündür.

- İbrahim, ürəyində deyə bilmədiyin nə isə qalıb?

- Heç bilmirəm... Hamıya can sağlığı arzulayıram. Mən öz qismətimi bilirdim, amma istəyirdim ki, uzun çəkməsin, tez qöylərə qovuşum... Siz bilən məni unutmayacaqlar?

- Söz verirəm ki, unutmayacaqlar! Bir də, sənin adın artıq tez-tez səslənəcək, çünki Vüqar sənin adını özünə götürüb...

Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş


Etiketlər:  Qarabağda yaşanan hisslər hər sevgidən üstündür Şəhidlərin xatirəsinə həsr olunmuş Olmayan Bir Müsahibə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ